Sizin Şəhərkənarı Eviniz

Yeni, müasir evin təqdimatı

Layihənin ümumi təsviri

Beş yataq otaqlı şəhərkənarı ev

Bakıdan 35 km məsafədə, sahilyanı Mərdəkan qəsəbəsində, səssiz və sakit ərazidə, 10,5 sot torpaq sahəsində il boyu yaşayış üçün nəzərdə tutulmuş şəhərkənarı ev inşa edilmişdir.

Ərazi və Tikililər

Rahat yaşayış üçün hər şey

Ev

Ev — torpaq sahəsinin içərisində yerləşən monolit tikintidir. Evin yaşayış sahəsi 600 kv.m-dir.

Həyət

Həyət – həyətin ərazisi dekorativ daşlarla döşənmiş və çoxsaylı dekorativ ağaclar, bitkilər və qazonla yaşıllaşdırılmışdır.

Köşk

Yay köşkü –il boyu istifadə üçün nəzərdə tutulmuş 40 kv.m sahədən ibarətdir.




Evin İnteryeri və Eksteryeri

Detalların düşünülməsi və formaların zərifliyi

Terras və pilləkən hissəsi

Terras. Evin damında yerləşir. Terrasdan evin ətrafındakı bütün əraziyə panorama mənzərə açılır. Sahəsi 220 kv.m-dir.

İkinci mərtəbə

İkinci mərtəbə. Mərtəbədə ümumi dəhliz və üç tipdə 5 otaq yerləşir: valideynlər üçün yataq otağı, uşaq otaqları, qonaq otaqları.

Birinci mərtəbə

Birinci mərtəbə. Mərtəbədə yerləşir: böyük holl, iş kabineti, sanitar qovşaq, camaşırxana, qonaq otağı, yemək otağı, istirahət otağı, mətbəx və anbar.

Yeraltı mərtəbə

Yeraltı mərtəbə. Mərtəbədə yerləşir: əsas qarderob otağı, bar, kitab güşəsi ilə bilyard otağı, server otağı, texniki otaq və daxili zirzəmi.

Sahənin və evin çertyojları

Məkanın effektiv istifadəsi

Həyət Birinci mərtəbə İkinci mərtəbə Yeraltı mərtəbə Teras

Evin və sahənin infrastrukturu

Ərazidə bütün zəruri kommunikasiyalar quraşdırılmışdır

Su təchizatı. Sahədə şəhər su xətti və artezian quyusu var. Su ehtiyatları üçün hər biri 2 ton olan 5 çəndən ibarət sistem təşkil edilib. Zəruri olduqda çənlər xüsusi quraşdırılmış hidrant vasitəsilə sudaşıyıcıdan doldurula bilər.

Şəhərkənarı Evin Qiyməti

Qiymətə fotoşəkillərdə göstərilən bütün quraşdırılmış mebel və məişət texnikası daxildir.

850,000 USD